Problemli kreditlər üzrə mütəxəssis
KREDEX Son tarix: 24 mart 2025
308
Vəzifə öhdəlikləri:
  • Təyin olunmuş portfelin idarə olunması;
  • Səmərəli danışıq üsulu seçmək və mövcud müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə qeydə alınmış məlumatları təhlil etmək;
  • Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması, vizitlərin həyata keçirilməsi;
  • Məhkəmə və icra qurumları ilə qarşılıqlı fəaliyyət;
  • Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Tələblər:
  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə Ali təhsil arzuolunandır;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Təşəbbüskar, aktiv, tələbkar, komandada işləmək bacarığı;
  • Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • 24- 35 yaş aralığı;
  • Bəy namizədlərə üstünlük verilir.
İş şəraiti:
  • Əmək haqqı: 900-1100 azn
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • 6 günlük iş qrafiki: 10:00-19:00

 CV-lərinizi “Problemli kreditlər üzrə mütəxəssis” başlığı altında e-mail ünvanına göndərməyiniz xahiş olunur.

 Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaq.

Müraciət et