Partnyorlarla İş Şöbəsi - Mütəxəssis

Meqa Sığorta ASC Son tarix: 07 iyul 2026 44

Vəzifə öhdəlikləri

Struktur bölmə: Satış departamenti, Partnyorlarla İş Şöbəsi

  • Maliyyə təşkilatları ilə partnyorluq əlaqələrinin qurulması və cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması;
  • Müəyyən edilmiş satış planlarının icrasını təmin etmək
  • Müştəri ehtiyaclarının dərindən təhlil edilməsi və onlara uyğun həllərinin hazırlanaraq təqdim edilməsi;
  • Satış fəaliyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi olaraq hesabatların təqdim edilməsi;
  • Satış proseslərinin təkmilləşdirilməsi istiqamətində yeni təkliflər vermək
  • Komanda ilə sıx əməkdaşlıq  edərək ortaq hədəflərə töhfə vermək.

Namizədə olan tələblər:

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.

İş şərtləri:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • Əmək haqqı: Namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot