Mühasibatlıq üzrə Təlimçi
Baku Accountants Associates Son tarix: 29 oktyabr 2024
133
Vəzifə öhdəlikləri:
  • Yenilənmiş New.e-taxes.gov.az işləmək
  • www.e-taxes.gov.az-portalı ilə tanışlıq;
  • E-qaimə sistemində işləmək;
  • Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Fəaliyyət kodların əldə olunması.
  • Mal və xidmət kodlarının əldə olunması.
  • Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması.
  • Bütün növ qaimə formalarının (təqdim etmə qaimələri, dəqiqləşdirilmiş (qiymət artımı və azalması qaimələri) qaimələr, geri qaytarma qaimələri və s.) hazırlanıb göndərilməsi.
  • EFP proqramı vasitəsi ilə elektron qaimə tərtibatı.
  • Dövlət və özəl sektorlar üzrə əmək haqqlarının hesablanması, əmək haqqlarından hansı növ  tutulmaların olmasının müəyyənləşdirilməsi;
  • E-Bəyannamə sisteminin bütün bölmələri haqqında ümümi məlumat.
  • Şəxsi Hesab Vərəqəsindəki məlumatların düzgün formada analiz edilməsi.
  • mallar və xidmətlər təhvil verildikdən sonra elektron qaimə sisteminə işlənməsi;
  • Bank sistemi ilə tanışlıq; 
  • İnternet banking üzrə əməliyyatlar(bank daxili, ölkədaxili, ölkə xarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);
  • E Custom gov.az vergi sistemində gömrük kodunun alınması.
  • Biznes kartların sifarişi;
  • Əmək haqqı kartlarının sifarişi;
  • E-bəyamnamə portalında işlərin görülməsi, Şəxsi hesab vərəqəsinin oxunması;
  • Mövcud ərizə formaları haqqında ətraflı məlumat.
  • Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
  • Təsərrüfat obyektinin (subyektinin) qeydiyyata alınması; ( Təsərrüfat obyektinin qeydiyyatdan çıxarılması, dayandarılması və s ərizə formaların hazırlanıb göndərilməsi )
  • Asan imza sertifikatlarının əldə edilməsi üzrə müraciətlər;
  • Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması;
  • İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaların hazırlanması.

Hesabatlar:

  • Bəyannamə Tərtibatı Proqramı (BTP)-nın kompüterlərinizə yazılması;
  • Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması;
  • DSMF hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması;
  • Sadələşdirilmiş bəyannamənin hazırlanması;
  • ÖMV bəyannaməsinin hazırlanması; (icarə, dividend,xaricə ödənişlər və s )
  • ƏDV bəyannaməsinin hazırlanması (müvafiq müxabirləşmələr ilə ƏDV mövzusunun izahı və real şirkətlərin məlumatlarına əsasən ƏDV bəyannaməsinin tərtibi);

Kadr uçotu:

  • Müəssisənin kadr uçotunun qurulması və aparılması;
  • Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
  • Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
  • İşəgötürən qismində səlahiyyətli şəxsin qeydiyyatı;
  • Bank hesabının əlavə edilməsi;
  • Müəssisənin strukturunun yaradılması;
  • Ştatların yaradılması;
  • Ştatın vakansiya bankına göndərilməsi;
  • İşçinin işə götürülməsi;
  • İşçinin əmək müqaviləsinin bildirişinin yaradılması
  • Əmək müqavilələrinə dəyişikliklərin edilməsi;
  • İşçinin əmək müqaviləsinə xitam verilməsi.
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Əmək müqavilələrinin hazırlanması;
  • İşə qəbul əmr və ərizələrinin hazırlanması;
  • Tam maddi məsuliyyət, konfidensiallıq və iltizam sənədlərinin hazırlanması;
  • Əmək müqavilələrinə dəyişiklik əmr və əlavələrinin hazırlanması;
  • Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi;
  • Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması;
  • Ezamiyyə sənədinin hazırlanması
  • Xəstəlik vərəqələrinin yazılması və ona uyğun hesabatların aparılması;
  • Xitam əmr və ərizələrinin hazırlanması;
  • Son haqq hesabların hesablanması;
  • Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi
Tələblər:
  • Ali təhsil
  • Təlimçi kimi ən azı 3 il iş təcrübəsi olmalı
  • Tələbələrə fərdi və qrup şəklində dərslərin tədrisi
  • Təlim mövzularının müəyyənləşdirilməsi
  • Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması
  • Kompüterdə sərbəst işləmə bacarığı olmalı
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı üstünlikdir.
  • Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
  • Mütəmadi olaraq tələbələrin müvəffəqiyyət səviyyələrini qiymətləndirmək
  • Təlim iştirakçıları barədə mütəmadi hesabatlar təqdim etmək
  • Analitik düşüncəyə malik olması, fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq , fəal və işə planlı yanaşma bacarığı olması vacibdir.
  • Qeyd edək ki, dil biliyi (rus və ingilis) arzu olunandır, Ana dilini mükəmməl bilməlidir.

Təlim qrafiki: Dərslər həftə içi və şənbə günləri  SƏHƏR/GÜNORTA/AXŞAM  saatları üçün təyin olunur.

İş şəraiti:

Xidmət haqqı: Razılaşma yolu ilə.

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Müraciət et