Mikro Kredit İşçisi (Lənkəran, Cəlilabad, Bakı)

Azərbaycan Mikro Kredit BOKT Son tarix: 23 iyul 2026 30

Vəzifə öhdəlikləri

“Azərbaycan Mikro-Kredit BOKT”ASC Lənkəran, Cəlilabad və Bakı üzrə Mikro Kredit İşçisi vəzifəsinə işə qəbul elan edir.

İş Qrafiki: I-VI günlər

Tələblər

  • Bəy Namizədlər
  • Ali və ya orta ixtisas təhsili;
  • Kredit Təşkilatlarında kreditlər üzrə 1 il iş təcrübəsi;
  • Mükəmməl ünsiyyət qabiliyyəti;
  • Analitik düşüncə tərzi;
  • Riyazi biliklər;
  • Problemli kreditlərin həlli istiqamətində iş təcrübəsi;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri;

İşin təsviri:

  • Potensial müştərilərinin cəlb edilməsi;
  • Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, əldə olunmuş məlumatların öyrənilməsi, təhlil edilməsi və qiymətləndirilməsi;
  • Kredit verilməsi üçün sənədlərin hazırlanması, rəsmiləşdirilməsi;
  • Kredit portfelinə nəzarət və idarə edilməsi;
  • Ayrılmış kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Vakansiya ilə maraqlanan şəxslər CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Mikro Kredit İşçisi (filialın adı)” qeyd etməklə göndərə bilər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot