Aparıcı Mühasib

Pro Team Son tarix: 23 iyul 2026 27

Vəzifə öhdəlikləri

  • Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən bütün növ vergi bəyannamələrinin (ƏDV, Mənfəət/Gəlir, Ödəmə Mənbəyində Vergi (ÖMV), Sadələşdirilmiş Vergi, Əmlak, Torpaq və Yol vergiləri) vaxtında, xətasız tərtib edilməsi və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edilməsi;
  • Elektron Vergi İdarəsi (e-taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların yazılması
  • Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının vaxtında və qanunvericiliyə müvafiq formada cavablandırılması, üzləşmə aktlarının yoxlanılması;
  • İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi;
  • Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.

Tələblər

  • Yaş 25+
  • Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
  • Qanunvericilik biliyi: Azərbaycan Respublikası Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
  • Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək;
  • Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
  • Müvafiq sahədə ən azı 2 il davamlı iş təcrübəsi.
  • Tikinti müəssisəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir. 

İş şəraiti

  • İş qrafiki: Həftə içi 6 gün
  • Əməkhaqqı: 1000 - 1500 AZN  (Bilik və bacarıqlara əsasən müsahibə zamanı dəqiqləşdiriləcəkdir)

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot