İnternet məlumat bölməsinin kiçik eksperti
Bank of Baku Son tarix: 24 may 2025
198
Vəzifə öhdəlikləri:
  • Müxtəlif rəqəmsal platformalar vasitəsilə müştəri sorğularına dəqiq və operativ cavab verilməsi
  • Şirkətin məhsulları, xidməti, kampaniyaları və prosedurları haqqında müştərilərə dəqiq və ətraflı məlumatın verilməsi
  • Müştəri ehtiyyaclarına uyğun fərdi məsləhət və istiqamətlərin verilməsi
  • Müştəridə yaranan çətinliyin təhlil edilməsi və uyğun həll yollarının təmin olunması
  • Daxil olan sorğuların aidiyyatı üzrə müvafiq şöbələrə yönləndirilməsi və həll prosesinin izlənilməsi
  • Daxil olan müraciətlərin dəqiq qeydə alınması
  • Müştərilərlə qarşılıqlı əlaqə zamanı peşəkar, nəzakət və səmimi yanaşmanın tədbiq edilməsi
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması və şirkətin təhlükəsizlik siyasətinə riayət edilməsi
Tələblər:
  • Təhsil- Ali
  • İş təcrübəsi- 1 ilə qədər
  • Dil biliyi- Azərbaycan dili- mükəmməl, Rus dili- mükəmməl
  • Səlis şifahi və yazılı ünsiyyət bacarığı
İş şəraiti:

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Müraciət et