D
İnsan Resursları üzrə Təcrübəçi
Dövlət qurumu Son tarix: 15 may 2025
651
Vəzifə öhdəlikləri:

İnsan Resursları sahəsində karyera qurmaq istəyən, öyrənməyə maraqlı və motivasiyalı gəncləri təcrübə proqramımıza dəvət edirik! Bu proqram sizə real iş mühitində HR funksiyaları ilə tanış olmaq, sahənin gündəlik proseslərini müşahidə etmək və nəzəri biliklərinizi praktiki bacarıqlarla zənginləşdirmək imkanı yaradacaq.

Öhdəliklər:

  • Namizədlərlə ilkin əlaqənin qurulmasında iştirak;
  • Müsahibə proseslərinin təşkili və müşayiətinə dəstək göstərmək;
  • İşə qəbul və sənədləşmə mərhələlərinə kömək etmək;
  • HR tədbirlərinin planlaşdırılması və icrasında iştirak;
  • Ofis daxili idarəçilik işlərinə dəstək vermək.
Tələblər:
  • Ali təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel biliyinin yaxşı səviyyədə olması üstünlükdür);
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
  • HR sahəsinə maraq və bu sahədə inkişaf etmək istəyi.

Əgər sən də İnsan Resursları sahəsində ilk peşəkar təcrübəni qazanmaq istəyirsənsə – bu fürsəti qaçırma, bizə qoşul!

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət et