Bütün vergi və qanunvericilik tələblərinə və korporativ standartlara riayət olunmasını təmin etməklə əməkdaşlara əmək haqqı ödənişlərini icra etmək:
Şirkətin siyasətinə və prosedurlarına uyğun olaraq, işçi qüvvəsinin autsorsinqi üçün kreditor borclarlarla bağlı əməliyyatları icra etmək və Vahid Bəyannamə, əmək haqqı ilə bağlı statistik hesabatları hazırlamaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan (işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuş, üç yaşınadək uşağa qulluq və s.) sənədlərin vaxtında sistemə yerləşdirmək.
Otelin işçi qüvvəsinin autsorsinqi ilə bağlı qaimələri üçün lazımi sənədlərin təmin etmək.
İşçi qüvvəsinin autsorsinqi ilə bağlı ödənişlərin həyata keçirilməsi üçün təsdiqlənmiş qaimələri mühasibatlığın ödəniş sisteminə dəqiq şəkildə daxil etmək.
Yerli əmək qanunvericiliyinin və korporativ siyasətin tələblərinə uyğun olaraq göstərilən xidmət ödənişlərinin/mükafatların (tips, service charges, upsells) ödənilməsinin dəqiqliyinin təmin etmək.
Məzuniyyətlərin ödənilməsinin yerli əmək qanunvericiliyinə və şirkətin məzuniyyətlərə dair siyasətinə uyğun olmasını təmin edilməsini yoxlamaq.
Ay sonunda əmək haqqı ödənişləri ilə bağlı lazımı əməliyyatları icra etmək və təsdiqlənməsi üçün prosedura uyğun olaraq birbaşa rəhbərə təqdim etmək.
Maliyyə departamentinə aid otelin əməliyyat sistemləri (1C, Excel və s.) ilə yaxından tanış olmaq və bu sistemlərin düzdün işləməsini təmin etmək
Əmək haqqı ilə bağlı şöbə rəhbərləri tərəfindən tələb olunan hesabat sorğularını cavablandırmaq
Əmək haqqının hesablanması sisteminin effektiv işləməsinin təmin edilməsi, cari və əvvəlki hesabatlarda istifadə ediləcək bütün müvafiq məlumatların ehtiyat nüsxəsini saxlamaq.
Aylıq məvaciblə bağlı hesabatlar hazırlamaq.
Dövlət sorğularını cavablandırmaq.
Maaş və iş saatları arasındakı uyğunluğu yoxlamaq üçün məvacib qeydiyyatları və elektron üsulla qeyd edilmiş iş vaxtının qeydiyyatı (tabellər) cədvəllərini şirkətin prosedurlarına müvafiq bir şəkildə yoxlamaq.
İnsan Resurslarından daxil olan məlumatların müvafiq şəkildə olmasını və məvaciblərdə öz əksini düzgün tapmasını yoxlamaq.
Tələblər
Mühasibat və mailiyyə sahəsində ali təhsil
Azərbaycan,İngilis səlis,Rus dili arzu olunandır
Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişkən iş mühiti çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək
Mühasibat sahəsində təcrübəsi olmaq.
Kompyüter bilikləri:Excel, Word.
Opera PMS, Micros Symphony proqramları ilə bağlı biliklərə malik olmaq.
Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq.
Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər
Şirkət siyasət və prosedurlarını başa düşmək və onlara əməl etmək bacarığı