Borcların yığılması üzrə mütəxəssis

189 Taxi Son tarix: 26 iyul 2026 46

Vəzifə öhdəlikləri

  • Ödənişlərini gecikdirən və ya borcu olan sürücülərlə əlaqə saxlamaq;
  • Debitor borcların vaxtında yığılmasını təmin etmək;
  • Borclu sürücülərlə görüşlər keçirmək və effektiv danışıqlar aparmaq;
  • Borcların ödənilməsi prosesinə nəzarət etmək;
  • Problemli halların araşdırılmasında və həllində iştirak etmək;
  • Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Tələblər

  • Güclü ünsiyyət və inandırma bacarığı;
  • Məsuliyyətli, intizamlı və prinsipial olmaq;
  • Stressə davamlılıq və konfliktli vəziyyətləri idarəetmə bacarığı;
  • Qərar qəbul etmə və təşəbbüskarlıq qabiliyyəti;
  • Təqdimatlı və özünəinamlı xarici görünüş;
  • Fiziki cəhətdən sağlam olmaq;
  • Güclü xarakterə malik olmaq və çətin situasiyalarda qətiyyət nümayiş etdirmək;
  • Borcların yığılması, satış və ya müştəri münasibətləri sahəsində təcrübə üstünlükdür.

İş şəraiti

  • İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
  • Əmək haqqı: sabit əmək haqqı + bonus sistemi (müsahibə əsasında müəyyən edilir);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot