K
Baş mühasib
Kənd Təsərrüfatı Nazirliyi Son tarix: 21 may 2025
84
Vəzifə öhdəlikləri:

Vakansiya haqqında məlumat:

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən qurumlara Baş mühasib vəzifəsi üzrə işçi qəbulunu elan edir.

Aşağıda qeyd edilən vəzifə öhdəlikləri və tələblərə cavab verən namizədlər müraciət edə bilərlər

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkilini təmin etmək;
  • Büdcə vəsaitlərinin düzgün uçotunu və təyinatı üzrə istifadəsinə nəzarət etmək;
  • Maliyyə və büdcə hesabatlarını vaxtında və düzgün tərtib edərək təqdim etmək;
  • Vergi, DSMF və digər rəsmi hesabatları hazırlamaq və təqdim etmək;
  • Audit və digər yoxlamalar üçün tələb olunan sənədləri hazırlamaq;
  • Mühasibatlıq sənədlərinin saxlanması və arxivləşdirilməsini təşkil etmək;
  • Mühasibatlıq heyətinə rəhbərlik etmək və daxili nəzarəti həyata keçirmək;
  • Elektron sistemlərdə (BTP, E-gov və s.) hesabatların idarə olunmasını təmin etmək.
Tələblər:
  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində)
  • Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (2 ili rəhbər vəzifədə olmaqla)
  • PMS (Peşəkar Mühasibat Sertifikatı/ictimai qurumlar) — mütləq tələbdir
  • Mühasibat uçotu, vergi və maliyyə qanunvericiliyinə dərindən bələdlik
  • 1C və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
  • Dövlət sektorunda təcrübəyə və əlavə beynəlxalq sertifikatlara (ACCA, CPA və s.) malik olmaq üstünlükdür

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş mühasib” yazaraq qeyd edilmiş Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət et