Alış və Logistika Meneceri
Lumegrand Son tarix: 21 fevral 2025 156
Vəzifə öhdəlikləri:

Biz, interyer mallarının satışında ixtisaslaşmış bir şirkət, alış və logistika üzrə bacarıqlı bir menecer axtarırıq. Əgər siz xarici tərəfdaşlarla işləmək və logistika sahəsində təcrübəyə maliksinizsə, komanda üzvümüz olmaq üçün sizi dəvət edirik!

Vəzifə öhdəlikləri:

  • Xarici şirkətlərlə yazılı və şifahi danışıqlar aparmaq və əlaqələri qurmaq.
  • Təchizat sifarişlərinin idarə edilməsi və icrasının nəzarət edilməsi (sifarişlərin yerləşdirilməsi, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
  • Malların vaxtında yola salınması və çatdırılmasının təmin edilməsi.
  • Rəsmiləşdirmə və idxal/ixrac prosedurları üçün sənədlərin hazırlanması.
  • Logistika proseslərinin optimallaşdırılması, etibarlı nəqliyyat şirkətlərinin və yük marşrutlarının seçilməsi və daşınmanın təşkil edilməsi.
  • Cari təchizatların izlənməsi və çatdırılma prosesi zamanı yaranan problemlərin həlli.
  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsi və sənədləşməsinə nəzarəti həyata keçirmək;
  • Tələb olunan malların/xidmətlərin alışını müvafiq 1C proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək;
  • Yükün daşıma statusu haqqında məlumatın mütəmadi yeniləmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. aidiyyəti məsələlər ilə bağlı müraciətlər etmək;.
Tələblər:
  • Alış və logistika sahəsində minimum 2 il iş təcrübəsi
  • İngilis və rus dillərini sərbəst danışıqlar və yazılı şəkildə bilmə.
  • MS Office proqramlarından istifadə bacarığı;
  • 1C 8.3 proqramında işləmə bacarığı;
  • Gömrük bəyənnamələri və nəqliyyat sənədlərinin tərtibini bilmək üstünlükdür.
  • İdxal və ixrac prosedurlarını, eləcə də beynəlxalq logistika prinsiplərini bilmək.
  • Yük çatdırılması üçün optimal marşrutları seçmə və etibarlı nəqliyyat şirkətlərini qiymətləndirmə bacarığı.
  • Yaxşı ünsiyyət bacarıqları və komanda ilə işləmə qabiliyyəti.
  • Detallara diqqət, analitik düşüncə və çoxsaylı tapşırıqlarla işləmək bacarığı.
İş şəraiti:

İş qrafiki: həftənin 5 günü saat 09:00-18:00 (bazar ertəsi-cümə) tam iş günü.

  • İş yeri: Akademik Həsən Əliyev küçəsi
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq 1400-1700 AZN + KPİ (bonus)

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Alış və Logistika Meneceri” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Müraciət et