1C üzrə mütəxəssis

Landau Education Group Son tarix: 25 mart 2026 34

Vəzifə öhdəlikləri

  • Şirkətə daxil olan yeni malların qaimə əsasında proqrama daxil etmək;
  • Gündəlik olaraq anbarlararası transferlərin həyata keçirilməsi;
  • Gündəlik silgi əməliyyatlarının həyata keçirilməsi;
  • Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
  • İl ərzində korpuslar üzrə anbar qalıqlarının yoxlanılması;
  • Əməkdaşlara təhvil verilən və əməkdaşlardan təhvil alınan inventarların proqrama daxil olunması;
  • Əməkdaşlar tərəfindən daxil olan sorğuların həyata keçirilməsi;
  • Servisə təhvil verilən inventarların hərəkəti barədə prosedura nəzarət olunması;
  • Proqramda material və kontragentlərin açılması;
  • Hər ay mühasibatlıq ilə əməliyyatların yoxlanılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
  • İşdən ayrılan əməkdaşların istifadəsində olan inventarlar barədə məlumat verilməsi.

Tələblər

  • Ali təhsil​;
  • Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir;
  • 1C proqramında tam işləmə bacarığı;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
  • Microsoft Office proqramlarından istifadə etmək bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
  • Komanda ilə işləmə bacarığı;
  • Vaxtın idarə edilməsi bacarığı.

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: həftədə 5 iş günü 09:00 – 18:00;
  • Həyat yığım sığortası;
  • Könüllü tibbi sığorta;
  • Övladların təhsili üçün endirimlər;
  • Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
  • Təlim və inkişaf proqramları;
  • Peşəkar inkişaf və karyera artımı imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot