Tur meneceri
Fovero Tour Son tarix: 21 мая 2025
174
Vəzifə öhdəlikləri:

Turizm sahəsində təcrübəsi olan xarici turlar üzrə Tur meneceri axtarırıq!

İş barədə məlumat 

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması,
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması,
  • Otellərin bronlaşdırılması,
  • Sığorta yazılması,
  • Viza dəstəyi xidmətinin göstərilməsi,
  • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması,
  • Mövsümi və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi,
Tələblər:
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək (ingilis və rus dili arzuolunandır),
  • Kompüterdə işləmək, internetdən aktiv istifadə və sürətli axtarış bacarığı,
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq,
  • İşgüzar yazışmaların aparılması,
  • Gülərüz və özünə qarşı tələbkar olmaq,
  • Məsuliyyətli və diqqətli olmaq,
  • Vaxtın idarəolunması bacarığına sahib olmaq,
  • Komandada işləmə qabiliyyətinə malik olmaq.
İş şəraiti:
  • Bazar ertəsi – cümə 10:00-dan 19:00-dək
  • Şənbə günü: 10:00 - 17:00

Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir

Satışdan 10%  komissiya  verilir.


CV formasını info@foverotour.az  və ya lamiya.mustafayeva.hr@gmail.com mail ünvanlarına göndərməyiniz xahiş olunur.

Müraciət et