Telesatış üzrə Mütəxəssis

Baku Holiday Travel Son tarix: 23 December 2026 26

Vəzifə öhdəlikləri

Telesatış sahəsində təcrübəniz varsa, gün ərzində çoxlu zəngi rahat idarə edə bilirsinizsə və müştəri müraciətini satışa çevirməyi bacarırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Daxil olan zəngləri və onlayn müraciətləri (WhatsApp, sosial media, veb-sayt) qəbul etmək, müştərinin ehtiyacını müəyyənləşdirmək
  • Marketinq kampaniyalarından, veb-sayt formalarından və digər mənbələrdən gələn lidlərə müəyyən olunmuş müddətdə geri zəng etmək
  • Müştəriyə uyğun səyahət təklifi hazırlamaq: tur paketləri, aviabilet, otel, transfer, sığorta, viza dəstəyi
  • Qiymət, mövcudluq, ödəniş, ləğv və dəyişiklik şərtlərini yalnız təsdiqlənmiş məlumat əsasında müştəriyə aydın izah etmək
  • Sığorta, transfer, ekskursiya kimi əlavə xidmətləri təklif etmək (cross-sell / up-sell)
  • Fərdi satış planını icra etmək
  • Bütün zəngləri, müraciətləri və satış mərhələlərini CRM sistemində tam və vaxtında qeyd etmək
  • Bron və ödəniş məlumatlarını müvafiq əməliyyat bölməsinə düzgün ötürmək, təsdiq alındıqdan sonra müştərini məlumatlandırmaq
  • Satışla bitməyən müraciətlər üzrə müştəri ilə təkrar əlaqə saxlamaq (follow-up), əvvəlki müştərilərə yeni təkliflər etmək
  • Zəng skriptlərinə və xidmət standartlarına əməl etmək, keyfiyyət yoxlamalarında iştirak etmək

Namizədə tələblər

  • Telesatış, call-center və ya birbaşa satış sahəsində minimum 1 il iş təcrübəsi (turizm sahəsində təcrübə üstünlükdür)
  • Ali və ya orta ixtisas təhsili (turizm, marketinq və ya biznes üzrə təhsil üstünlükdür)
  • Əsas səyahət məhsulları və istiqamətlər haqqında anlayış
  • CRM sistemləri və ofis proqramları ilə işləmə bacarığı
  • Aydın və inandırıcı ünsiyyət, aktiv dinləmə və etirazlarla işləmə bacarığı
  • Nəticəyönümlülük və gərgin iş tempində işləyə bilmək
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
  • Rezervasiya sistemləri ilə işləmə təcrübəsi üstünlükdür

İş şəraiti

  • İş qrafiki: Tam iş günü
  • Rəqabətli əmək haqqı və satış nəticələrinə görə bonus
  • İşə başlayanda məhsul və satış üzrə təlim
  • Peşəkar və dinamik komanda mühiti
  • Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Telesatış üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot