H
Tələbələrlə İş üzrə Koordinator
Honours Academy Son tarix: 22 February 2025 378
Vəzifə öhdəlikləri:

Məşğulluq növü: Tam ştat
Maaş: Namizədin təcrübə və bacarıqlarından asılı olaraq əməkhaqqı və performans bonusları fərqlənəcək və işə qəbul prosesi zamanı razılaşdırılacaqdır.

Vəzifə Öhdəlikləri:

  • Tələbələrlə müntəzəm əlaqə saxlamaq və onların suallarını cavablandırmaq.
  • Qruplarda iştirak edən tələbələrin davamiyyətini izləmək və dərslərə gəlməyən tələbələrlə əlaqə yaratmaq.
  • Köhnə tələbələr ilə əlaqəni qorumaq və onları yeni təlimlərə cəlb etmək.
  • Tələbələrdən rəy toplamaq və tədris prosesinin inkişafı üçün təkliflər təqdim etmək.
  • İş axtaran tələbələrin məlumat bazasını yaratmaq və onların işlə təmin olunmasına dəstək göstərmək.
  • Tələbələrlə bağlı məlumatları yeniləmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər:
  • Ali təhsil (müvafiq sahədə olmasına üstünlük verilir).
  • İnsanlarla işləmə sahəsində ən azı 1 il təcrübə.
  • Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmək (Rus dili üstünlükdür).
  • Güclü ünsiyyət və dinləmə bacarıqları.
  • MS Office və məlumat bazası idarəetmə sistemlərindən istifadə təcrübəsi.
  • Problemləri həll etmək və təşəbbüskarlıq göstərmək qabiliyyəti.
İş şəraiti:

İş Şərtləri:

  • İstirahət günləri həftəiçi bir gün müəyyən ediləcək.

Necə Müraciət Etmək Olar:
CV-nizi elektron poçt ünvanına göndərin və mövzu hissəsində qeyd edin: "Student Affairs Coordinator Müraciəti - [Ad və Soyad]"
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Honours Academy-yə marağınız üçün təşəkkür edirik!

Müraciət et