D
Qeydiyyatçı
Vəzifə öhdəlikləri
- Pasiyentlərin qarşılanması və qeydiyyatının aparılması
- Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi
- Gələn pasiyentlərə ilkin məlumatın verilməsi;
- Gündəlik görüşlərin və qəbul siyahısının tərtib olunması
- Elektron qeydiyyat sistemində məlumatların düzgün şəkildə daxil edilməsi
- Həkimlər və digər tibbi personalı ilə koordinasiyalı işləmək
- Elektron və kağız daşıyıcılarda sənədlərin düzgün arxivləşdirilməsi;
- Xəstələrin və yaxınlarının suallarını nəzakətlə cavablandırmaq, yönləndirmə aparmaq
- Rəhbərliyin verdiyi tapşırıqların düzgün şəkildə icra edilməsi
- Gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi
Tələblər
- Yaş: 22-dən yuxarı
- Təhsil: Ali təhsil (bakalavr)
- Klinika sahəsində təcrübəsi olan və tibb təhsili olan şəxslərə üstünlük verilir
- Azərbaycan və rus dilində mükəmməl bilmək (ingilis dili biliyi üstünlükdür).
- Microsoft Office proqramlarını (WORD, EXCEL) proqramını yaxşı səviyyədə bilmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Bəy namizədlərə üstünlük veriləcək.
- Pasiyentləri xoş qarşılayan, mülayim və gülərüz şəxslərə üstünlük veriləcək
İş şəraiti
- Ərazi: Bakı
- Staj: 1-2 il
- İş rejimi: Cəmlənmiş uçot ilə 2 gün iş 2 gün ev olmaqla 09:00-21:00 işləyir
- Əmək haqqı: 800 Azn net
Qeyd - Sınaq müddəti: 3 ay
Cv formasında şəkil olması mütləqdir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qeydiyyatçı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar