Qəbul və qeydiyyat şöbəsi üzrə Menecer (Satış üzrə Menecer)
Dərs Evi
Son tarix: 03 March 2026
762
Vəzifə öhdəlikləri
Müştərilərlə satışa dair zənglərin edilməsi və görüşlərin keçirilməsi;
DİM, GET və İTPFL məhsulları üzrə müqavilə nümunələrinin, müştəri məlumatlarının daxil edilməsi üçün satış reyestrinin, ödəniş məlumatlarının qeydiyyatı üçün ödəniş fayllarının hazırlanması, yoxlanması, təhvil verilməsi, problem yarandığı təqdirdə müvafiq əməkdaşlara texniki dəstəyin göstərilməsi;
DİM və GET məhsulları üzrə müştəri müqavilələrinin hazırlanması, yoxlanması, imzalanması, sistemə daxil edilməsi (1C:CRM , Total Sales Base);
Müqavilə üzrə dəyişikliklərin və ya xitamların təsdiq edilməsi, rəsmiləşdirilməsi, həmçinin sistemə daxil edilməsi (1C:CRM, Total Sales Base);
Müqavilə bəndlərinin və ödəniş cədvəlinin müştəriyə izah edilməsi;
1C - CRM, TSB və digər sistemlərdə uçot məlumatlarının düzgün aparılması və mütəmadi olaraq düzgünlüyünün yoxlanılması;
Debitor borcların ay sonu yoxlanılması, gecikən və ya edilməyən ödənişlər barədə əldə olunan məlumatların xəzinədarlığa ötürülməsi;
Mühasibatlıq, tədris, marketinq və digər departament əməkdaşlarının lazımi müqavilə məlumatları, habelə statistik məlumatlar ilə təmin edilməsi;
Qəbul və qeydiyyat şöbəsinin əməkdaşlarının KPİ-larının hazırlanması, yerinə yetirilməsinə nəzarət və hesablanması;
Qəbul və qeydiyyat şöbəsi əməkdaşlarının iş qrafikinin tərtib edilməsi, növbələşmənin təmin edilməsi;
Çağrı mərkəzində zənglərin cavablandırılması, qeydiyyat masasında müştərilərin qarşılanması və müqavilələrin hazırlanması üzrə işin əməkdaşlar arasında bölünməsi;
Rəhbərlik tərəfindən tələb olunan analitik hesabatların hazırlanması, biznes proseslərinin tələbi ilə yaranan gündəlik tapşırıqların yerinə yetirilməsi (müəyyən qrupa daxil olan müştərilərə spesifik məqsədli zənglər, məlumat ötürmək xarakterli smslərin göndərilməsi və s.);
Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.