B
Problemli kreditlər üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
BOKT “AzKredit” ASC Problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.
İş yeri Bakı və Şabran şəhərlərində olacaq.
Əsas vəzifə və öhdəlikləri:
- Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
- Müştərilərlə borcların ödətdirilməsi istiqamətində müvafiq kommunikasiyaların aparılması.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil,
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
- Kompüterdə (Outlook, MS Word, Excel) sərbəst işləmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Təşkilatın missiyasına sadiqlik.
Oxşar vakansiyalar