Operator

Business Insight International Research Group Son tarix: 15 October 2026 96

Vəzifə öhdəlikləri

Business Insight şirkətinin Müştəri Loyallığı Departamentinin Müştəri xidmətləri üzrə 2 aylıq müddət üçün müvəqqəti "Operator" tələb olunur.

  • Loyallıq proqramına yeni müraciət edən şəxslərin üzvlüyə qəbul edilməsi və məlumatlarının bazaya daxil edilməsi;
  • Daxil olan zəng və mesajların Excel faylında (və ya müvafiq bazada) qeydiyyatının aparılması;
  • Proqram üzvlərinə xatırlatma mesajlarının göndərilməsi;
  • Qaynar xəttə daxil olan zəng və mesajların cavablandırılması;
  • Bonus, kampaniya və müsabiqələr barədə proqram üzvlərinə məlumat verilməsi;
  • Üzvlərdən daxil olan şikayət və təkliflərin qeydə alınması;
  • Şikayət və təkliflərin aidiyyəti üzrə menecerə yönləndirilməsi;
  • Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi.

Tələblər

  • Yalnız xanım namizədlər;
  • Operator vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Kompüterdən istifadə bacarığı;
  • Yüksək kommunikasiya və səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.

İş şəraiti

  • Müvəqqəti iş (2 aylıq);
  • İş qrafiki: Həftədə 6 iş günü;
  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00, Şənbə: 10:00 – 17:00
  • Əmək haqqı: Gündəlik 20 AZN.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot