Ofis Meneceri

Zeytun Pharmaceuticals Son tarix: 24 February 2026 148

Vəzifə öhdəlikləri

İşin təsviri: Ofis proseslərinin səmərəli idarə olunmasına dəstək göstərməklə yanaşı, komandaya inzibati və əməliyyat dəstəyi verəcək proaktiv və təşəbbüskar Ofis Meneceri axtarılır

  • Ofis daxilində gündəlik əməliyyatların icrası;
  • Daxil olan müraciətlərin qəbulu və həlli;
  • Ofis və layihə proseslərinin daha səmərəli təşkili ilə bağlı təkliflərin verilməsi;
  • Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək;
  • Müştərilər, tərəfdaşlar və təchizatçılarla əlaqələrin qurulması
  • Ofis ləvazimatlarının sifarişi və ehtiyatlara nəzarət;
  • Görüşlərin, iclasların və səfərlərin təşkili;
  • Rəhbərliyin inzibati tapşırıqlarının icrası;
  • Daxili prosedur və qaydalara riayət olunmasına nəzarət.

Tələblər

  • Bakalavr dərəcəsi
(İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarəedilməsi və əlaqəli sahələr);
  • Azərbaycan və rus dili biliyi yüksək, ingilis dili biliyi yaxşı səviyyədə ;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Güclü ünsiyyət və komandada işləmə bacarığı;
  • Yüksək məsuliyyət, operativlik və işlərin planlı şəkildə idarə edilməsi;
  • Detallara diqqət və sənədlərlə işləmə qabiliyyəti;
  • Oxşar sahələrdə minimum 5  il iş təcrübəsi .

İş şəraiti

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • Tibbi sığorta və nahar;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Ofis Meneceri qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul