S
Ofis meneceri
Vəzifə öhdəlikləri
SR Logistics and Transport MMC komandamıza qoşulmaq üçün məsuliyyətli və operativ Ofis meneceri axtarır.
- Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi;
- Telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması və yönləndirilməsi;
- Məktubların və kuryer göndərişlərinin qəbulu;
- Ofis ləvazimatlarına nəzarət və sifarişlərin təşkili;
- Ofisin gündəlik inzibati işlərinə dəstək göstərilməsi;
- Əməkdaşlarla bağlı inzibati məsələlərin koordinasiyası;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Səliqəli və işgüzar görünüş;
- Yüksək ünsiyyət bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı — rus və ingilis dillərini bilmək üstünlükdür;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
- 20–35 yaş aralığında olan namizədlərə üstünlük verilir.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00–18:00;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 550 AZN (xalis).
Oxşar vakansiyalar