S
Ofis meneceri
Vəzifə öhdəlikləri
Əsas öhdəliklər:
- Müəssisənin inzibati əməliyyatlarını planlaşdırmaq, istiqamətləndirmək və əlaqələndirmək;
- Bütün işçilər və qonaqlar üçün peşəkar və qonaqpərvər mühitin təmin olunması;
- Müəssisəyə ünvanlanan elektron poçtları, zəngləri, məktubları prioritetləşdirmək və cavablandırmaq;
- Direktorun iclaslarını təşkil etmək və iclas protokollarını sənədləşdirmək;
- Ofisin təmizliyini və ümumi iş mühitini nəzarətdə saxlamaq;
- Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə yönləndirmək;
- Ofis ləvazimatlarının sifarişi və ehtiyat stokun izlənməsi;
- Sənədlərin və məlumatların məxfiliyini qorumaq;
- Gələn qonaqları nəzaklətlə və peşəkarcasına qəbul etmək və yönləndirmək;
- İnzibati işlərlə bağlı tapşırıqların yerinə yetirilməsini izləmək, bununla bağlı müəssisənin direktoruna müntəzəm olaraq hesabat vermək;
Vəzifə üzrə əsas tələblər:
- İnzibati və dəstək funksiyalarının idarə olunmasında 3 illik təcrübə;
- Azərbaycan və ingilis dillərində sərbəst danışmaq bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Vaxtın idarə edilməsi bacarıqları;
- Microsoft Office (Word, Outlook, Excel) proqramları üzrə yüksək biliklərin olması;
Oxşar vakansiyalar