Office Manager / Ofis işləri üzrə menecer

AzTelco Group MMC Son tarix: 01 March 2026 241

Vəzifə öhdəlikləri

"AzTelco Group" MMC şirkətinin tabeli qurumlarından biri üçün "Ofis işləri üzrə menecer " axtarışındayıq!

Vəzifə Öhdəlikləri:

  • Daxil olan telefon zənglərinin qəbulu və müraciət edən şəxslərin suallarının operativ və düzgün cavablandırılmas;
  • Ofisə gələn qonaqların gülərüz və nəzakətlə qarşılanması, müvafiq şəxslərə yönləndirilməsi;
  • Şirkətə ünvanlanmış məktubların qəbul edilməsi, qeydiyyata alınması və müvafiq icraçılara təqdim edilməsi;
  • Göndərilən sənədlərin qeydiyyata alınması və kuryer vasitəsilə ünvanlara vaxtında çatdırılmasının təmin edilməsi;
  • Sənədlərin skan olunaraq elektron poçt ünvanlarına göndərilməsi və sənəd axınının idarə edilməsi;
  • Ofis üçün zəruri məhsulların (ofis ləvazimatları, avadanlıq və s.) sifarişinin verilməsi və təminatının həyata keçirilməsi;

Tələblər

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Korporativ mühitdə iş təcrübəsi;
  • Ofis idarəçiliyi və ya administrativ işlər üzrə təcrübə.

Təklif Edilir:

  • Şirkət tərəfindən təmin olunan nahar,
  • Tibbi sığorta,
  • Şəhərin mərkəzində yerləşən ofis,
  • Korporativ iş nömrəsi,
  • Dinamik və inkişafyönümlü iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul