Müştərilərlə əlaqələr üzrə kiçik mütəxəssis

Auto Azerbaijan Son tarix: 12 February 2026 209

Vəzifə öhdəlikləri

  • Servis mərkəzində təmir və texniki xidmətdən çıxan avtomobil sahibləri ilə sorğu keçirmək
  • Standart sorğu formaları əsasında məlumatları dəqiq və obyektiv şəkildə qeyd etmək
  • Müştəriləri səbirli və peşəkar şəkildə dinləmək, ilkin izahat vermək və məsələni aidiyyəti şəxsə yönləndirmək
  • Təkrarlanan şikayətləri analiz edərək rəhbərliyə hesabat şəklində təqdim etmək
  • Müştərilərdən gələn təklif və iradların xidmət keyfiyyətinin artırılması üçün istifadəsini təmin etmək
  • Servis mərkəzinin korporativ davranış qaydalarına və etik normalarına əməl etmək
  • Müştəri məlumatlarının məxfiliyini qorumaq

Tələblər

  • Ali - Orta təhsilli 
  • Dil bilikləri – Azərbaycan dili və Rus dilində sərbəst danışıq (İngilis dili üstünlükdür)
  • Sərbəst kompüter istifadəçisi (MS Office Proqramları)
  • Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli
  • Bəy/Xanım namizədlər

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Müştərilərlə əlaqələr üzrə kiçik mütəxəssis” yazaraq öz  CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yollaya bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul