Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Azərpoçt Son tarix: 12 October 2025
222
Vəzifə öhdəlikləri:
  • Müştəri şikayətlərini qəbul etmək və qeydiyyata almaq;
  • Ticketing sistemində bütün məlumatları düzgün və dəqiq şəkildə qeydə almaq;
  • Şikayətləri aidiyyəti strukturlara yönləndirmək və nəticəsini izləmək;
  • Müştərilərə vaxtında, etik və aydın cavablar təqdim etmək;
  • Şikayətləri kateqoriyalaşdırmaq və təhlil etmək;
  • Şikayətlərin əsas səbəblərini müəyyən edərək rəhbərliyə hesabatlar təqdim etmək;
  • Müştəri məmnuniyyətini artırmaq üçün operativ və effektiv yanaşma göstərmək;
  • Aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək şikayətlərin həllinə dəstək olmaq;
  • Periodik olaraq statistik təhlillər və şikayət trendləri üzrə hesabatlar təqdim etmək;
  • Şirkətin xidmət keyfiyyəti standartlarına uyğun fəaliyyət göstərmək.
Tələblər:
  • Ali təhsil;
  • Şikayətlərin idarə olunması, ticketing sistemləri sahəsində azı 1-2 il iş təcrübəsi (şikayətlərin analizi və cavablandırılması üzrə təcrübəyə üstünlük verilir);
  • CRM sistemləri və ya helpdesk/ticketing sistemləri ilə iş təcrübəsi;
  • Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək;
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini bilmək üstünlükdür);
  • Yüksək ünsiyyət bacarığı;
  •  Analitik düşüncə;
  • Sürətli öyrənmə və dəyişikliklərə uyğunlaşma
  • Diqqətli və sistemli işləmə bacarığı
  • Müştəri yönümlü düşüncə və problemlərin həllində çeviklik.
İş şəraiti:
  • İş yeri: Bakı, Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Bazar günü qeyri iş günü;

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciət et