Mağaza sifarişi mütəxəssisi
Vəzifə öhdəlikləri
Təsvir
- Mağaza sifarişlərinin vaxtında və düzgün şəkildə formalaşdırılması, emalı və icrasına nəzarət etmək
- Mövcud stok səviyyələrini mütəmadi olaraq izləmək, çatışmazlıqların qarşısını almaq və optimal stok balansını təmin etmək
- Satış göstəricilərini təhlil edərək sifariş planlamasını həyata keçirmək və tələbatın düzgün proqnozlaşdırılmasını təmin etmək
- Sifariş, stok və təchizat üzrə məlumatların sistemdə düzgün və dəqiq şəkildə qeydiyyatını aparmaq
- Təchizat və logistika komandaları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında çatdırılmasını təmin etmək
- Mövsümi dəyişiklikləri və kampaniyaları nəzərə alaraq sifariş həcmlərini optimallaşdırmaq
- Sifariş prosesində yaranan problemləri operativ şəkildə aşkar edib həll etmək
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üzrə üstünlükdür)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (retail və ya FMCG sahəsində təcrübə üstünlükdür)
- Stok idarəetməsi və sifariş planlaması üzrə əsas biliklər
- Analitik düşünmə və satış məlumatlarını təhlil etmə bacarığı
- MS Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı
- ERP və ya digər sifariş/stok idarəetmə sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
- Dəqiqlik, məsuliyyətlilik və operativ işləmə bacarığı
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar
- korporativ nömrə ilə təmin olunur
- Nahar şirkət tərəfindən təmin edilir.
- Servislə təmin olunur
- Karyera yüksəlişi
- Peşəkar Komanda ilə çalışmaq
- Şirkət daxili təlimlər
Oxşar vakansiyalar