Kontent Menecer
Zeytun Pharmaceuticals Son tarix: 26 December 2025
79
Vəzifə öhdəlikləri:
  • Kontent Menecerinin əsas məqsədi şirkətin brend tonuna uyğun, yaradıcı və cəlbedici məzmun strategiyasını hazırlamaq, sosial
  • media və rəqəmsal platformalarda brendin görünürlüğünü və tanınmasını artırmaqdır.
  • Müsabiqə və kampaniyaların keçirilməsinin təşkili.
  • Dizayn və post kontentinin hazırlanması
  • DV-lərin dizayn və posta əlavə edilməsi.
  • Dizayn və postlarda qanuna uyğunluğa nəzarət
  • Kontenti hazırlayır, hazırlanmış kontenti yoxlayır, redaktə edir və yeniləyir
  • Şirkətin brendini sosial mediada təqdim edir və təşviq edir
  • Yeni məhsullar və aksiyalarla bağlı məlumatların veb səhifəyə yerləşdirilməsi və yenilənməsi.
Tələblər:
  • Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil.
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və rus dili sərbəst ,ingilis dili üstünlükdür
  • Punktual, kreativ və innovativ olmaq
  • Geniş marketinq bilikləri və müxtəlif kanallarda (xüsusilə digital marketinq) uğurlu kampaniyaların idarə edilməsi təcrübəsi.
  • Sahəsinə dair yaradıcı təkliflərin irəli sürülməsi
  • Yaradıcı kontent və mətnlər hazırlaya bilməli
İş şəraiti:
  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Müraciət et