Kollektor (Zəng mərkəzi üzrə)
Vəzifə öhdəlikləri
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Risklərin İdarəedilməsi departamentinə Zəng Mərkəzi üzrə Kollektor vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək;
- Zənglərin statistikasını və hesabatını təşkil etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Yaxşı səviyyədə Excel bilikləri;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
İş qrafiki: 2/2 növbəli sistem (09:00-21:00)
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Kollektor qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar