T
Klub Meneceri
İş şəraiti
- Əmək haqqı: 1300 AZN + (NET) (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq)
- İş qrafiki: Tam ştat (I–VI günlər, 09:00 – 18:00)
- Ünvan: Bakı şəhəri
İşin təsviri və öhdəliklər:
- Klubun gündəlik inzibati və təşkilati fəaliyyətini idarə etmək
- Məşq qrafiklərini, oyun və turnir tədbirlərini koordinasiya etmək
- Komandanın (idmançılar, məşqçilər və heyət) bütün sənədləşmə, müqavilə və sığorta işlərini icra etmək
- Yerli (AVF) və beynəlxalq (CEV, FIVB) federasiyalarla transfer, lisenziya və rəsmi yazışmaları idarə etmək
- Xarici heyətin (legionerlərin) viza, miqrasiya sənədləşməsi və yaşayış ehtiyaclarını koordinasiya etmək
- Ev və səfər oyunlarının, turnirlərin logistik və təşkilati (Matchday) hazırlıq işlərini görmək
- Yerli və beynəlxalq tərəfdaşlarla əlaqələri saxlamaq, sənəd mübadiləsini aparmaq
- Klubun media, sosial şəbəkə (PR) və marketinq fəaliyyətinin icrasına kömək etmək
- Görülən işlər barədə klub rəhbərliyinə dövri hesabatlar təqdim etmək
Namizədə dair tələblər:
- Ali təhsil
- 25 yaşdan yuxarı namizədlərə üstünlük veriləcək
- Azərbaycan, Rus və İngilis dillərində səlis danışıq və peşəkar işgüzar yazı bacarığı (mütləqdir)
- Sənədləşmə, kargüzarlıq və ya inzibati menecment sahəsində minimum 2 il iş təcrübəsi
- MS Office proqramları (xüsusilə Word, Excel) ilə yüksək səviyyədə işləmək bacarığı
- İşgüzar sənədləşmə standartlarını və müqavilə formalarını bilmək
- Yüksək ünsiyyət, məsuliyyət və detallara diqqət yetirmək qabiliyyəti
Şirkət təklif edir:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
- Dinamik və inkişaf edən idman mühitində karyera imkanı
- Klubun uğurlarından asılı olaraq illik bonus sisteminə daxil olma
Oxşar vakansiyalar