Kiçik mütəxəssis

STP Global Cable Son tarix: 14 May 2026 46

Vəzifə öhdəlikləri

“STP GLOBAL CABLE” MMC  Maliyyə departamenti, Büdcə, xərclərə nəzarət və hesabatlıq bölməsinə Kiçik mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Büdcə planlaşdırılması və maliyyə analizi sahəsində minimum 1 il iş təcrübəsi;
  • Maliyyə hesabatlarını oxumaq və təhlil etmək bacarığı;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (məsələn: pivot table, formulalar, qrafiklər) ;
  • Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
  • Yüksək kommunikasiya və təqdimat bacarığı.

Hansı işləri görəcəksiniz?

  • Şirkətin illik və dövri büdcələrinin hazırlanması;
  • Büdcə göstəricilərinin faktiki nəticələrlə müqayisə olunması və təhlil edilməsi;
  • Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • Maliyyə planlaması və proqnozlaşdırma;
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot