A
İR mütəxəssisi
Azconstruction QSC Son tarix: 25 December 2025
139
Vəzifə öhdəlikləri:
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və  rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək.
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq.
  • Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
  • Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
  • Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək.
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl  üzrə istifadə edilməsinə nəzarət etmək.
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə.
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların  hazırlamaq.
  • İşçilərin işə dəvamiyyəti tabellərinə nəzarət etmək, ayın sonunda işə dəvamiyyət tabelini hazırlayıb maliyyə şöbəsinə təqdim etmək.
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
  • Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
  • Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək
  • Əməyin mühafizəsi üzrə işçinin vəzifə öhtəliklərinə aşağıdakı bəndlər daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloci prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.
Tələblər:
  • Ali təhsil
  • MS ofis və 1 C8.3 proqramları yüksək səviyyədə
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Yaş həddi 35-45
  • İş qrafiki : Tam iş günü (6 gün)
  • İş yeri: Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov 625
  • Əmək haqqı işçinin bilikləri və təcrübəsinə əsasən təyin ediləcək.
  • CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “İR mütəxəssisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanlarına göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Müraciət et