İnsan Resursları üzrə mütəxəssis

MER Group Son tarix: 08 May 2026 105

İş şəraiti

  • İş yeri: Gumush Plaza
  • İş qrafiki: Həftənin 5 günü
  • İs saatı: 09:00-18:00
  • Əmək haqqı: 1000 AZN 
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyə əsasən rəsmiləşdirilmə;

​​​​​​​Vəzifə Öhdəlikləri:

  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə: İşçilərin işə qəbulu, işdən azad edilməsi, başqa vəzifəyə keçirilməsi, ezamiyyət və məzuniyyət əmrlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun hazırlanması;
  • 1C Proqramı ilə iş: Bütün kadr kargüzarlığı proseslərinin 1C (8.3 versiyası) proqram təminatına vaxtında və xətasız daxil edilməsi;
  • E-hökumət portalı: Əmək müqaviləsi bildirişlərinin E-sosial.az (ƏMAS) portalında qeydiyyata alınması, xitam verilməsi və dəyişikliklərin edilməsi;
  • Şəxsi işlərin aparılması: İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin tamlığına nəzarət edilməsi və arxivləşdirilməsi;
  • Əmək kitabçaları: Qorunub saxlanılması (və ya elektron qaydada izlənilməsi);
  • Tabel uçotu: İş vaxtının uçot tabelinin tərtib edilməsi, işçilərin davamiyyətinə və bülletenlərə nəzarət;
  • Arayış və hesabatlılıq: İşçilərin müraciəti əsasında iş yerindən arayışların hazırlanması və HR menecerə dövri hesabatların təqdim edilməsi.

​​​​​​​Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil 
  • Təcrübə: HR sahəsində minimum 2 il iş təcrübəsi;
  • Proqram bilikləri: 1C (mütləqdir);
  • MS Office (xüsusilə Excel);
  • E-hökumət portallarından sərbəst istifadə bacarığı.
  • Qanunvericilik bilikləri: Azərbaycan əmək qanunvericiliyini bilmək
  • Bacarıqlar: Detallara diqqətlilik, məsuliyyətlilik və konfidensiallığı qorumaq bacarığı. 
  • Korporativ etik qaydalar və işçi münasibətləri

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot