İnsan Resursları Sənədləşmə və Əməliyyatlar üzrə qrup rəhbəri
Vəzifə öhdəlikləri
Təsvir:
- İnsan resursları əməliyyatları komandasına rəhbərlik etmək, iş bölgüsünü aparmaq və gündəlik fəaliyyətə nəzarət etmək;
- İşə qəbul, işdən azad olunma və struktur dəyişiklikləri üzrə İR əməliyyatlarının qanunvericiliyə uyğun icrasını təmin etmək;
- Tələb olunan kağız və elektron formatlı şəxsi qovluqların və qeydlərin düzgün və vaxtında yaradılmasını təmin etmək;
- İntizam tənbehi üzrə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək və hüquqi risklərin minimuma endirilməsini təmin etmək;
- İşçilərin əmək məzuniyyətlərinin planlaşdırılmasını həyata keçirmək, qrafiklərin hazırlanmasına, istifadəsinə və balansına nəzarət etmək, müvafiq sənədləşmənin düzgün aparılmasını təmin etmək;
- İşçilərin sosial məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsini təmin etmək;
- Əmək haqqı və digər ödənişlər üzrə məlumatların dəqiqliyini təmin etmək;
- Aylıq, rüblük və illik hesabatları hazırlamaq və onları daxili (Mühasibatlıq) və xarici qurumlara (DSMF, Statistika, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s.) təqdim etmək;
- Xasiyyətnamə, arayış və digər rəsmi HR sənədlərini hazırlamaq və təqdim etmək;
- İR əməliyyatlarında avtomatlaşdırma və optimallaşdırma imkanlarını müəyyən etmək və tətbiq etmək.
Tələblər
- Ali təhsil;
- İnsan Resursları Əməliyyatları üzrə min 5 il iş təcrübəsi;
- Minimum 1 il rəhbər və ya komanda idarəetmə təcrübəsi;
- Daxili və xarici tərəfdaşlarla iş təcrübəsi;
- Əmək Qanunvericiliyi biliyi;
- Səlis Azərbaycan dili, İngilis dili biliyi arzu olunandır;
- Microsoft Excel proqram təminatını yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
- Güclü people management və komanda idarəetmə bacarıqları;
- Güclü riyazi və analitik düşünmə qabiliyyəti.
- ERP sistemləri ilə işləmə və ya onların tətbiqində iştirak təcrübəsi arzuolunandır;
- Sistem quruculuğu və proseslərin optimallaşdırılması sahəsində arzuolunandır.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Oxşar vakansiyalar