A
HR menecer
Azera Holding Son tarix: 25 January 2026
88
Vəzifə öhdəlikləri:
  • “AZERA HOLDİNG” MMC tərkibindəki klinikada HR menecer vakansiyasını elan edir!

    İş haqqında məlumat:

    • HR strategiyasının tibbi müəssisənin biznes planlarına uyğunlaşdırılması.
    • Daxili intizam qaydalarının, vəzifə təlimatlarının yazılması və yenilənməsi.
    • Tibbi heyətin (həkim, orta və kiçik tibbi heyət) əməyinin ödənilməsi və bonus sistemlərinin (məsələn: qəbul sayına və ya prosedurlara əsaslanan sistem) qurulması.
    • Spesifik sahə həkimlərinin (məsələn: radioloq, cərrah və s.) və dar ixtisaslı mütəxəssislərin tapılması üçün aktiv "headhunting" fəaliyyəti.
    • Yeni işə alınan tibbi heyətin klinikanın daxili prosedurlarına, sterilizasiya və xəstə məmnuniyyəti standartlarına uyğun adaptasiya proqramının icrası.
    • Azərbaycan Respublikası Əmək Məcəlləsi və "Əmək və Məşğulluq" (EMAS) altsistemi ilə tam işləmək.
    • Tibb işçilərinin Sertifikasiya sənədlərinin, xarici diplomların nostrifikasiyasının və iş icazələrinin vaxtında yoxlanılması.
    • Məzuniyyət qrafiklərinin və növbəli iş cədvəllərinin (həkimlərin növbətçilik sistemi) idarə olunması.
    • Tibbi heyət üçün "Xəstə ilə ünsiyyət", "Stressin idarə olunması" və "Tibbi Etika" mövzularında daxili təlimlərin təşkili.
    • Həkimlərin illik təkmilləşdirmə kursları və elmi konfranslarda iştirakının baş həkimlə birlikdə planlaşdırılması.
Tələblər:
  • Ali təhsil  (İqtisadiyyat, İdarəetmə və ya Psixologiya sahəsində ali təhsil (MBA və ya HR sertifikatları - SHRM, CIPD üstünlükdür).
  • Azərbaycan və rus dilləri yüksək səviyyə, ingilis dili arzu olunandır
  • HR sahəsində minimum 3-5 il, o cümlədən tibb və ya xidmət sektorunda minimum 2 il rəhbər təcrübəsi.
  • AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək.
  • Səhiyyə qanunvericiliyi (icbari tibbi sığorta, xəstəxanadaxili qaydalar) haqqında məlumatlılıq.
  • Fonet və MS Office proqramlarından sərbəst işləmək bacarığı
  • Yüksək emosional intellekt, böhran anında qərar vermə, konfliktlərin neytrallaşdırılması.
İş şəraiti:
  • M-nə uyğun rəsmiləşdirilmə
  • 6 günlük iş qrafiki
  • Əmək haqqı razılaşdırılma yolu ilə
  • Müraciət üçün: CV-nizi “HR menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .

Müraciət et