G
Əmək haqqı üzrə mühasib
Vəzifə öhdəlikləri
Struktur şöbə/bölmə: Maliyyə şöbəsi
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin işçilərinin əmək haqqı, mükafat və digər ödənişlərinin qanunvericiliyə uyğun və dəqiq hesablanmasını təmin etmək;
- Məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər məlumatlar əsasında ödənişlərin icrasını həyata keçirmək;
- Əmək haqqı üzrə məlumatların vaxtında və düzgün şəkildə müvafiq elektron sistemlərə daxil edilməsini təmin etmək;
- Aylıq, rüblük və illik əmək haqqı hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əmək haqqı və digər maliyyə məlumatlarının məxfiliyini təmin etmək;
- Rüblük Vahid bəyannaməni hazırlamaq və Vergi orqanına təqdim olunmasını təmin etmək
- İşçilərin əmək haqqı və ödənişlərlə bağlı müraciətlərini qanunvericiliyə uyğun şəkildə cavablandırmaq
- İşçinin işdən azad olunması zamanı son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanmasını və ödənilməsini təmin etmək;
- İşdən azad olunmuş işçilərlə bağlı dövlət qurumlarının sorğuları əsasında müvafiq arayış və hesablama sənədlərini hazırlamaq;
- Məhkəmə və icra sənədləri əsasında əmək haqqından tutulmaları icra etmək və aidiyyəti qurumlara vaxtında məlumat vermək;
- Avans və ezamiyyə ödənişlərinin Cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə icrasını təmin etmək;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron sistemlərdə vaxtında işlənməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Vergilər, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumat və hesabatları hazırlamaq.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Əmək haqqı üzrə mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyini yaxşı səviyyədə bilmək;
- 1C (8.3) və MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyət hissi;
- Məxfi məlumatlarla işləmə bacarığı.
İş şəraiti
- Sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır;
- İş rejimi: I–V günlər, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar