E-kommers üzrə mütəxəssis

Zeytun Pharmaceuticals Son tarix: 24 February 2026 53

Vəzifə öhdəlikləri

  • Şirkətə məxsus e-kommers platformasında yerləşdirilən məhsulların tibbi və regulyativ tələblərə uyğunluğuna nəzarət;
  • Məhsulların qeydiyyatlı olub-olmaması, resept statusu və təsvirlərinin düzgünlüyünün təmin edilməsi;
  • E-kommers platformasının gündəlik idarə olunması və optimizasiyası;
  • Onlayn satışların artırılması məqsədilə kampaniyaların planlanması və icrası (mövcud qanunvericilik çərçivəsində);
  • Məhsul, kampaniya və satış performansının təhlili, nəticələrə əsaslanan təkliflərin hazırlanması;
  • Partnyorlarla (marketplace, texniki tərəfdaşlar və s.) əməkdaşlıq və proseslərə nəzarət
  • Sosial media və digər rəqəmsal kanallarda e-kommers fəaliyyətinin tibbi və etik qaydalara uyğunluğunun təmin edilməsi;
  • E-kommers fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (əczaçılıq, tibb, biologiya, kimya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (e-kommers, onlayn satış və ya rəqəmsal kanallar üzrə);
  • E-kommers prosesləri ilə yanaşı dərman və tibbi məhsullar üzrə əsas biliklər;
  • Məhsulların qeydiyyat statusu, reseptlə və ya reseptsiz satışı, istifadə sahəsi və məhdudiyyətləri barədə anlayış;
  • Rəqəmsal marketinq alətləri üzrə biliklər (Google Ads, sosial media və affiliate marketinq — üstünlükdür);
  • E-kommers layihələrinin planlanması və icrasında təcrübə;
  • Məhsul, qiymət və satış analizi aparmaq bacarığı;
  • Analitik düşüncə tərzi, yüksək məsuliyyət, stressə davamlılıq;
  • Komanda ilə işləmək və nəticəyönümlü yanaşma.

İş şəraiti

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93);
  • Tibbi sığorta və nahar;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə E-kommers üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul