A
Baş Xəzinədar
Vəzifə öhdəlikləri
“AZERA Holding” MMC tərkibindəki BMP QSC-də Baş Xəzinədar üzrə vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Kassa aparatlarının düzgün və qaydalara uyğun işləməsinə nəzarət
- Günlük kassa açılışı və bağlanışını həyata keçirmək
- Nağd pul, kart və digər ödənişlərin düzgün yoxlanılması
- Kassadakı pul qalığını yoxlamaq və hesabat aparmaq
- Günlük hesabatların göndərilməsi
- Artıq və ya əskik pul hallarında akt tərtib etmək və kassaya mədaxil etmək.
- Pul və qiymətli sənədlərin təhlükəsizliyini təmin etmək
- Həkimlərə və işçilərə aylıq əmək haqqıların verilməsi
- Gündəlik olaraq kassaya mədaxil və məxariclərin edilməsi və sistemə işlənilməsi
- Digər kassirlərin işinə nəzarət və koordinasiya
- Kassirlərə iş bölgüsü aparmaq
- İş qaydalarının pozulması hallarında rəhbərliyə məlumat vermək
- Qaytarma və endirim əməliyyatlarını qaydalara uyğun icra etmək
Tələblər
- Ali təhsil
- Minimum 2 il
- Mühasibatlıq üzrə təlimlər üstünlükdür.
- Azərbaycan dili səlis, rus dili arzu olunandır
- Ofis proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: 1200 AZN (NETT)
- İş qrafiki: 6 günlük
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərməniz xahiş edilir.
Oxşar vakansiyalar