Baş mühasib

Himalay Group Son tarix: 09 November 2026 42

Vəzifə öhdəlikləri

HİMALAY GROUP logistika və texnika xidmətləri istiqamətində mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edəcək təcrübəli Baş mühasib axtarır.

  • Mühasibat uçotunu qanunvericiliyə uyğun təşkil etmək, maliyyə əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
  • Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət etmək;
  • Debitor və kreditor borclarının uçotunu və üzləşmələrini aparmaq, borcların yaşlandırılması üzrə hesabatları təhlil etmək;
  • ƏDV, mənfəət vergisi, ÖMV, DSMF və digər məcburi hesabatları düzgün və vaxtında hazırlayıb təqdim etmək;
  • Vergi orqanları ilə yazışmaları aparmaq, uyğunsuzluqlarla bağlı sorğuları araşdırmaq və cavablandırmaq;
  • Rəhbərliyə aylıq mənfəət və zərər, maliyyə vəziyyəti hesabatlarını, həmçinin həftəlik pul vəsaitlərinin hərəkəti barədə məlumatı təqdim etmək;
  • Gəlirlərin, o cümlədən Forma 2 ilə təsdiqlənən iş və xidmətlər üzrə gəlirlərin düzgün dövrdə tanınmasına nəzarət etmək;
  • Texnikalar üzrə xərclərin düzgün bölüşdürülməsini və uçotda əks etdirilməsini təmin etmək;
  • Ana şirkət, qrupdaxili şirkətlər və kənar tərəflərlə qarşılıqlı hesablaşmalara nəzarət etmək;
  • Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq, rəhbərliyə təkliflər vermək.

Tələblər

  • Aparıcı mühasib və ya baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Logistika və texnika xidmətləri sahəsində mühasibatlıq təcrübəsi;
  • Peşəkar Mühasib Sertifikatı (PMS);
  • Vergi uçotu, audit və maliyyə riskləri üzrə biliklər;
  • Excel üzrə yüksək səviyyədə bilik və 1C 8.3 proqramında işləmək bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət;
  • Rus dili biliyi və data analitikası üzrə biliklər üstünlükdür.

İş şərtləri

  • 2 000 AZN-dən başlayan əməkhaqqı;
  • Şirkətə məxsus ERP proqramında işləmək üçün təlim.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot