Anbar rəhbəri Olivia (Kosmetika və baxım)
Vəzifə öhdəlikləri
Təsvir:
- Anbar fəaliyyətinin ümumi idarə olunması və nəzarət edilməsi;
- Malların qəbulu, yerləşdirilməsi və çıxarılmasının düzgün təşkil edilməsi;
- Anbar stoklarının gündəlik izlənməsi və inventarizasiyanın aparılması;
- Anbar əməkdaşlarının işinin koordinasiyası və idarə olunması;
- Təhlükəsizlik və daxili prosedurlara riayət olunmasının təmin edilməsi;
- Anbar sisteminin qurulması, optimallaşdırılması və avtomatlaşdırılması;
- ERP və ya digər anbar idarəetmə sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;
- Anbar daxili KPI (performans) sistemlərinin qurulması və izlənməsi;
- Anbar daxilində məhsulların düzgün yerləşdirilmə qaydalarının (zonalama, kateqoriyalaşdırma və s.) qurulması və tətbiq edilməsi;
- Logistika xidmətinin düzgün təşkili və digər şöbələrlə effektiv koordinasiyanın təmin olunması;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Ali və ya orta ixtisas təhsil;
- Anbar sahəsində rəhbər kimi minimum 3 il iş təcrübəsi;
- Anbar sistemlərinin sıfırdan qurulması və ya optimallaşdırılması üzrə təcrübə;
- Anbar daxili KPI sistemlərinin qurulması və tətbiqi üzrə təcrübə;
- MS Office proqramlarında və 1C 8.3 - də işləmə bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komanda idarəetmə və liderlik bacarıqları;
- Məsuliyyətlilik və dəqiqlik.
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə Müraciət Et düyməsində göstərilən link vasitəsi ilə keçid edə bilərsən.
Oxşar vakansiyalar