Tur bələdçisi (Çin dili bilən)

SYF Travel Son tarix: 25 sentyabr 2026 24

Vəzifə öhdəlikləri

  • Çindən gələn turist qruplarını səfər müddətində müşayiət etmək;
  • Turistlərə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və görməli yerləri haqqında məlumat vermək;
  • Tur proqramının düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
  • Turistlərlə yerli xidmət təminatçıları arasında ünsiyyətə dəstək olmaq;
  • Otel, restoran, nəqliyyat və SYF Travel əməliyyat komandası ilə koordinasiyalı işləmək;
  • Tur zamanı qonaqların gündəlik sorğularının və yarana biləcək məsələlərin həllinə dəstək göstərmək.

Tələblər

  • Çin dilini (Mandarin) sərbəst bilmək;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Məsuliyyətli, punktual və təşkilatçı olmaq;
  • Bakı və Azərbaycanın əsas turistik məkanları haqqında məlumatlı olmaq;
  • Qruplarla işləmək və operativ qərar vermək bacarığı;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot