Süni İntellekt üzrə Mütəxəssis
AYES Son tarix: 22 fevral 2025 127
Vəzifə öhdəlikləri:
  • Böyük həcmli verilənlərlə işləyərək süni intellekt həlləri düşünmək və inkişaf etdirmək.
  • Mövcud süni intellekt alqoritmlərini tətbiq etmək və ya yeni həllər yaratmaq.
  • CRM sistemlərinə süni intellekt həllərinin inteqrasiyasını təmin etmək.
  • Datasetlər hazırlamaq, məlumatları modelə öyrətmək və nəticələrin effektivliyini təhlil etmək.
  • Satış məlumatları əsasında proqnoz modelləri hazırlamaq və bu modellərin tətbiqini həyata keçirmək.
  • Süni intellekt məhsullarının APİ vasitəsi ilə inteqrasiyasını həyata keçirmək
Tələblər:
  • Süni intellekt və maşın öyrənməsi sahəsində nəzəri biliklər və təcrübə.
  • Məlumatların təhlili və emalı üzrə təcrübə (Python, R və ya digər uyğun dillərlə).
  • CRM sistemləri ilə işləmək bacarığı və süni intellekt həlləri ilə inteqrasiyasını təmin etmək təcrübəsi.
  • Proqnoz modellərinin qurulması və analitik nəticələrin təqdim edilməsi bacarığı.
  • Komanda daxilində və müstəqil işləmək qabiliyyəti.
  • APİ -lərlə 1 ildən çox iş təcrübəsi
İş şəraiti:
  • Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən təyin olunacaq və ya razılaşma yolu ilə
  • İş rejimi: Rəsmi, Tam-ştat 6 gün.

Müraciət etmək üçün:

  • Müraciət Et bölməsindəki link-ə daxil olub, formu doldurunuz.

Ayes şirkəti ilə gələcəyin texnologiyalarını birlikdə formalaşdırın!

Müraciət et