Sosial media üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Instagram və Facebook platformalarında müxtəlif biznes bölmələrinə aid səhifələr üzrə mesajların, şərhlərin və sorğuların idarə edilməsi və cavablandırılması;
- Daxil olan e-poçtların və rəqəmsal sorğuların qəbul edilməsi, zərurət olduqda müvafiq komandalara yönləndirilməsi;
- Bütün sosial media və kommunikasiya kanallarında vahid və ardıcıl brend üslubunun qorunması;
- Şagird qəbulu və Marketinq komandaları ilə sıx əməkdaşlıq edərək qeydiyyat və kommunikasiya məqsədlərinin dəstəklənməsi;
- Tez-tez verilən sualların və təkrarlanan müraciətlərin izlənməsi, kommunikasiya proseslərinin və cavab keyfiyyətinin təkmilləşdirilməsi;
- Bütün cavabların şirkət standartlarına, dəyərlərinə və təsdiqlənmiş kommunikasiya qaydalarına uyğunluğunun təmin edilməsi.
Tələblər
- Ali təhsil (Marketinq, Kommunikasiya və ya oxşar sahə üzrə);
- Sosial media idarəçiliyi və ya rəqəmsal kommunikasiya sahəsində 1–3 il iş təcrübəsi;
- Instagram və Facebook biznes hesablarının, xüsusilə bir neçə səhifənin eyni vaxtda idarə edilməsi təcrübəsi;
- Azərbaycan, ingilis və rus dilləri üzrə yazılı səviyyədə sərbəst danışıq apara bilmə;
- Mehriban, həll yönümlü və müştəriyönümlü düşüncə tərzi.
İş şəraiti
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Push30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
- Uşaqlara məktəb endirimləri;
- Peşəkar inkişaf imkanları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar