S
SMM Mütəxəssisi
Vəzifə öhdəlikləri
Supertoys komandamıza kreativ, dinamik və sosial media trendlərini yaxından izləyən SMM mütəxəssisi axtarırıq!
Namizədin əsas işi sosial media platformaları üçün video kontentlərin çəkilməsi, montajı və canlı yayımların təşkili olacaq.
- TikTok və Instagram platformaları üçün video kontentlərin çəkilməsi və montaj edilməsi;
- Reels, TikTok və Stories formatında kreativ videoların hazırlanması;
- Məhsulların, kampaniyaların və mağaza fəaliyyətinin video vasitəsilə təqdim edilməsi;
- TikTok və Instagram hesablarında canlı yayımların (LIVE) açılması və idarə edilməsi;
- Canlı yayımlar zamanı məhsulların təqdimatı, izləyicilərlə ünsiyyət və aktivliyin təmin edilməsi;
- Sosial media trendlərini izləmək və onları brendə uyğun kontentə çevirmək;
- Çəkiliş prosesində yaradıcı ideyalar irəli sürmək və ssenarilərin hazırlanmasında iştirak etmək;
- Hazırlanan kontentlərin vaxtında və müəyyən edilmiş plana uyğun paylaşılmasını təmin etmək.
Tələblər
- Sosial media platformalarının, xüsusilə TikTok və Instagram-ın iş prinsipini bilmək;
- Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi bacarığı;
- CapCut və ya digər montaj proqramlarında işləmək bacarığı;
- TikTok və Instagram LIVE funksiyalarından istifadə təcrübəsi;
- Kamera qarşısında sərbəst olmaq və canlı yayımları idarə etmək bacarığı;
- Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti;
- Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli olmaq;
- Komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş yeri: Bakı;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
- Dinamik və yaradıcı komandada işləmək imkanı.
Əgər video çəkməyi, montaj etməyi və canlı yayımlarda auditoriya ilə ünsiyyət qurmağı bacarırsansa, Supertoys komandasında səni gözləyirik!
Oxşar vakansiyalar