Satış müdiri

Agricola.az MMC Son tarix: 14 may 2026 44

Vəzifə öhdəlikləri

Sahə: Kənd təsərrüfatı (Aqrar sektor)

Yer: Bakı (Regionlara ezamiyyət imkanı ilə)

  • Şirkətin satış planlarının hazırlanması və icrası
  • Mövcud müştəri portfelini idarə etmək və yeni potensial müştəriləri (fermerlər, aqroparklar və təsərrüfat sahibləri) aşkar edərək əməkdaşlığa cəlb etmək, xüsusilə müasir istixana (parnik) kompleksləri ilə işin qurulması
  • Satış bazarının, rəqiblərin fəaliyyətinin və qiymət tendensiyalarının mütəmadi analizi.
  • Anbar qalığını nəzarətdə saxlamaq və tələb olunan sifarişlərin vaxtında verilməsini təmin etmək
  • Maliyyə nəticələrinin (gəlir, xərc, marja) izlənməsi və optimallaşdırılması
  • Satış komandasının qurulması, inkişafı və performansının idarə edilməsi
  • Şirkət rəhbərliyinin tapşırıqlarını vaxtında və keyfiyyətli icra etmək

Namizədə dair tələblər:

  • Ali təhsil (Aqronomluq, Biznesin idarə edilməsi və ya Marketinq sahəsində olması üstünlükdür)
  • Satış sahəsində minimum 5+ il iş təcrübəsi (Aqrar sahədə iş təcrübəsi mütləqdir)
  • Satış və distribusiya sahəsində güclü bilik və praktiki təcrübə
  • Azərbaycan dili – sərbəst, rus və ingilis dili arzuolunandır
  • Microsoft Office proqramlarında sərbəst işləmək və şirkətdaxili proqram təminatlarını qısa müddətdə mənimsəmək bacarığı
  • Güclü liderlik, komanda quruculuğu və motivasiya bacarıqları
  • Analitik düşüncə və nəticəyönümlü qərarvermə qabiliyyəti

Xüsusi qeyd: Şirkətimizin əsas hədəfi standart 50 kq-lıq klassik gübrələrin satışı deyil. Biz bazarda Biosen, Yara, Biorizon, King Quenson, Bona Plant, KR Lifesciences Pvt. Ltd. və s. kimi innovativ və premium brendlərlə fərq yaradırıq. Namizəddən sadə satış bacarığı deyil, bu brendlərin üstünlüklərini fermerlərə aşılaya biləcək "məsləhətçi satış" yanaşması gözlənilir. 

İş şəraiti

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
  • Geniş səlahiyyət və qərarvermə imkanları
  • Rəqabətqabiliyyətli əmək haqqı + Satışdan bonuslar
  • Korporativ nömrə və yanacaq xərclərinin qarşılanması
  • İş ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Badamar plaza

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot