Satış Meneceri
Vəzifə öhdəlikləri
Komandamızın genişlənməsi ilə əlaqədar olaraq Satış Meneceri vəzifəsi üzrə işə qəbul elan edirik!
Əgər siz yüksək gəlir əldə etmək, karyera qurmaq və daim inkişaf etmək istəyirsinizsə, bizimlə işləmək sizin üçün mükəmməl fürsət olacaq! QALAN — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Ərəb ölkələrində fəaliyyət göstərən, müasir onlayn təhsil platformasıdır.
Riyaziyyat sahəsində təhsil verərək 60,000-dən çox şagirdə xidmət göstərmişik. Missiyamız — şagirdlərə daim inkişaf edən təhsil imkanları təqdim edərək onların müvəffəqiyyətini təmin etməkdir. Bizimlə birlikdə bu uğurlu yolun bir parçası olmaq istəyərdinizmi?
Tələblər
Vəzifələr:
QALAN platformasında müştərilərə təhsil xidmətlərinin təqdimatı və satışı
Gələn müraciətlərin operativ şəkildə qəbulu və emalı
İsti müraciətlər və mövcud müştəri bazası ilə effektiv əməkdaşlıq
CRM sistemində müştəri məlumatlarının və görülən işlərin düzgün qeydiyyatı
Satış planının yerinə yetirilməsi və nəticəyönlü fəaliyyət
Əsas tələblər: Güclü ünsiyyət və təqdimat bacarığı
Məqsədyönlü olmaq və yüksək gəlir əldə etməyə motivasiya
Satış və inandırma bacarıqları Məsuliyyətli, diqqətli və stressə davamlı olmaq
Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir.
Arzuolunandır:
CRM sistemləri ilə işləmək bacarığı
Satış sahəsində təcrübə (1 il və daha çox üstünlükdür)
İş şəraiti
Əmək haqqı: 600 AZN sabit maaş + bonus (ümumi gəlir 1000 AZN və daha çox ola bilər)
Karyera yüksəlişi və şəxsi inkişaf imkanları
Rəsmi əmək müqaviləsi
Korporativ mühit və komanda dəstəyi
Təlimlər, timbildinqlər və motivasiyaedici tədbirlər
İnnovativ və sürətlə inkişaf edən IT şirkətində iş
İş qrafiki: 10:00 – 19:00 5 günlük iş rejimi
Oxşar vakansiyalar