Resepşn

Atom İdman Kulubu MMC Son tarix: 24 sentyabr 2026 195

Vəzifə öhdəlikləri

Əsas vəzifə və öhdəliklər
İdman zalına gələn üzvləri və qonaqları gülərüzlə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;
Müştərilərə üzvlük paketləri, xidmətlər, kampaniyalar və qiymətlərlə bağlı ətraflı məlumat vermək;
Yeni üzvlərin qeydiyyatını aparmaq, müqavilə və digər sənədləşmə prosesini icra etmək;
Telefon zənglərini, WhatsApp və sosial media üzərindən daxil olan müraciətləri cavablandırmaq və müvafiq məlumat təqdim etmək;
Mövcud üzvlərin müraciətlərini qəbul etmək və operativ şəkildə həllinə dəstək olmaq;
Abunəlik müddətlərini izləmək, vaxtı bitmək üzrə olan üzvlərlə əlaqə saxlamaq və yenilənmə prosesini təşkil etmək;
Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək;
Müştəri bazasını və CRM sistemini aktual saxlamaq;
Rəhbərlik tərəfindən tələb olunan gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq;
Resepşn və gözləmə sahəsinin səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
Klubun daxili qaydalarına, xidmət standartlarına və etik davranış prinsiplərinə riayət etmək.

Tələblər

Orta ixtisas və ya ali təhsil;
Müştəri xidməti, resepsiyon, satış və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
Azərbaycan dili – sərbəst; Rus bilikləri üstünlük hesab olunur;
MS Office proqramları ilə işləmək bacarığı;
CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.

İş şəraiti

İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot