F
PR Menecer (Tikinti şirkətinə)
Vəzifə öhdəlikləri
- Şirkətin inkişaf strategiyasına uyğun marketinq və PR planlarının hazırlanması və icrası
- Brendin mövqeləndirilməsi və bütün kommunikasiya kanallarında vahid imicin qorunması
- Media ilə əlaqələrin qurulması və korporativ kommunikasiya proseslərinin idarə edilməsi
- Reklam kampaniyalarının, tədbirlərin və tanıtım fəaliyyətlərinin təşkili
- Sosial media, vebsayt və rəqəmsal platformaların idarə olunması
- Bazar araşdırmaları aparmaq, rəqib fəaliyyətini analiz etmək və strategiyanı buna uyğun formalaşdırmaq
- Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və hesabatlar hazırlamaq
- Şirkəti tədbirlərdə və ictimai platformalarda təmsil etmək
Tələblər
- Marketinq, PR, Biznes və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 5 il iş təcrübəsi (ən azı 2 il rəhbər vəzifədə)
- Tikinti sektorunda iş təcrübəsi üstünlükdür
- Brend idarəetməsi və rəqəmsal marketinq üzrə təcrübə
- Analitik düşüncə və strateji planlaşdırma bacarığı
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
Oxşar vakansiyalar