Ofis Meneceri

Zarat Import Export Son tarix: 04 dekabr 2026 345

Vəzifə öhdəlikləri

Zarat Şirkətlər Qrupu peşəkar komandasına inkişaf etməyə, yeniliklərə açıq və işində məsuliyyətli, yüksək ünsiyyət bacarıqı olan  təcrübəli Ofis Meneceri axtarır!

Əsas vəzifə və məsuliyyətlər

  • Daxil olan zəngləri, elektron məktubları və müraciətləri operativ yönləndirmək, cavablandırılmasını izləmək;
  • Rəsmi məktubları, arayışları və digər inzibati sənədləri peşəkar üslubda hazırlamaq;
  • Ofis ləvazimatları və inzibati xidmətlər üzrə ehtiyacları, sifarişləri və xərclərin uçotunu izləmək;
  • Rəhbərliyə görülmüş işlər və açıq məsələlər barədə qısa, strukturlaşdırılmış hesabat təqdim etmək;
  • Məxfi məlumatlarla işləyərkən dəqiqliyi və konfidensiallığı qorumaq.

Tələblər

  • Ali təhsil;
  • Ofis idarəçiliyi, inzibati koordinasiya və ya rəhbər köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, rəsmi yazışma bacarığı;
  • MS Excel, Word və Outlook proqramlarından  istifadə;
  • Problemləri vaxtında görmək, həll variantları təklif etmək və verilmiş səlahiyyət daxilində müstəqil işləmək;
  • İşgüzar etika, detallara diqqət və nəticəyə görə məsuliyyət.
  • Yaş həddi 30+ olanlara üstünlük veriləcəkdir.

İş şəraiti

  • İş qrafiki: 6 günlük (şənbə günü qısa)
  • Əmək haqqı: bilik və bacarıqlara əsasən ilkin 500-600 AZN

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot