H
Ofis Köməkçisi (İstehsalat sahəsi)
Vəzifə öhdəlikləri
- Ofisdaxili sənədləşmə və yazışmaların aparılması
- Gələn zənglərin cavablandırılması və yönləndirilməsi
- Müştərilərdən sifarişlərin qəbul edilməsi
- Sifarişlərin icra mərhələlərinin izlənilməsi və müştərilərə sifarişin hansı mərhələdə olması barədə məlumat verilməsi
- Müştərilər üçün kommersiya təkliflərinin hazırlanması
- Rəhbərliyin verdiyi tapşırıqların icrası
- Ofis nizam-intizamına nəzarət
Tələblər
- Ali və ya orta ixtisas təhsili (üstünlükdür)
- Azərbaycan dilində sərbəst yazı və danışıq
- İstehsalat sahəsində iş təcrübəsi üstünlükdür
- Rus dili biliyi üstünlükdür
- MS Office proqramlarında (Excel-də) işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmaq
- Komandada işləmə bacarığı
İş şəraiti
- Sahə: İstehsalat
- İş yeri: Bakı şəhəri , Nərimanov rayonu , Ələsgər Qayıbov 12 22
- İş qrafiki: Tam ştat (Bazar ertəsi – Şənbə)
- Əmək haqqı: 600 AZN (Artan əmək haqqı ilə) , şirkət tərəfindən nahar təmin edilir.
Biz təklif edirik:
- Stabil iş mühiti
- Karyera inkişafı imkanı
- Vaxtında əmək haqqı
- Peşəkar kollektiv
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində “Ofis köməkçisi (istehsalat)” qeyd olunmalıdır.
Oxşar vakansiyalar