Mühasib köməkçisi

Azertexnolayn Son tarix: 30 yanvar 2026 260

Vəzifə öhdəlikləri

Struktur: Maliyyə Departamenti/ Mühasibatlıq şöbəsi

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması və sistemə daxil edilməsi;
  • Debitor və kreditor borclarının uçotunun aparılması;
  • Ödəniş tapşırıqlarının hazırlanması və icrasına nəzarət;
  • Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
  • Vergi qanunvericiliyinə uyğun hesabatlar üçün məlumatların hazırlanmasında iştirak;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.

Seçim meyarları:

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə);
  • MS Office (xüsusilə Excel);
  • Dil bilikləri: İngilis dili (üstünlükdür)

Şəxsi və peşəkar bacarıqlar:

  • Analitik düşünmə və analiz etmə qabiliyyəti, məlumatların toplanması və təhlil edilməsi,
  • Yüksək dəqiqlik və məsuliyyət hissi, effektiv ünsiyyət bacarığı, düzgün və vaxtında qərarvermə,
  • Etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə bacarığı,
  • Aktiv öyrənməyə və özünütəkmilləşdirməyə açıq olmaq.

Tələblər

  • İş rejimi:  5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Mühasib köməkçisi" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

İş şəraiti


Oxşar vakansiyalar

Telegram kanalına qoşul